Diş kökündəki iltihabı aradan qaldıraraq, dişin çəkilmədən qorunub saxlanmasını təmin edirik.
Pasiyent əvvəllər başqa klinikada kanal müalicəsi olunmuş və üzərinə zirkonium tac qoydurmuşdu, lakin kəskin ağrı ilə bizə müraciət etdi. Rentgen müayinəsində kanalın natamam müalicə olunduğu və kök ucunda iltihabi lezyon olduğu aşkarlandı, tac isə düzgün yonum olmadan hazırlanmışdı. Tac söküldü, müasir ADA protokollarına uyğun tam təkrar kanal müalicəsi aparıldı: kanal 2 həftə kalsium-hidroksidlə dezinfeksiya edildi, sonra bioseramik materialla dolduruldu. Fiber post ilə bərpa edilərək chamfer yonumla yeni zirkonium tac hazırlandı. Simptomlar ilk gündən keçdi, ümumi müalicə 1 ay çəkdi.
Bu əlamətlər varsa, konsultasiyaya yazılmağınız tövsiyə olunur:
Rentgen ilə iltihabın dərəcəsi müəyyən edilir.
Prosedur tamamilə ağrısız aparılır.
İltihablı toxuma mikroskop altında çıxarılır.
Kanal doldurulur, diş tac ilə möhkəmləndirilir.
Keyləşdirmə altında aparılır, prosedur zamanı ağrı hiss olunmur.
Adətən 1-2 seansda tamamlanır, mürəkkəbliyindən asılıdır.
Xeyr, məqsəd məhz dişi çəkmədən saxlamaqdır.