Diş çıxarılmasından mürəkkəb çənə-üz əməliyyatlarına qədər cərrahi müdaxilələri təhlükəsiz və ağrısız aparırıq.
Başqa klinikada kanal müalicəsi zamanı kanalda qırılan alət çıxarılmağa çalışılarkən kök ucunda perforasiya yaranmışdı. Alət bir seansda çıxarıldı, lakin apikal perforasiya aşkarlandı. Mezial kök dəfələrlə müalicəyə baxmayaraq sağalmadı — dişi tam itirmək əvəzinə mezial kök cərrahi yolla çıxarılaraq hemiseksiya aparıldı. Distal kök metal güdül ilə bərpa olundu. 2 ay sonra mezial kökün yeri tam sümükləşdikdən sonra diş metal-keramik konstruksiya ilə tamamlandı.
Adi və mürəkkəb (retensiya olunmuş) hallar
Çətin yerləşmiş ağıl dişləri üçün cərrahi yanaşma
İmplant üçün çənə sümüyünün hazırlanması
Sümük həcminin implant üçün bərpası
Çənə sahəsindəki patoloji dəyişikliklərin müalicəsi
Sürətli sağalma üçün tövsiyələr:
Vəziyyət qiymətləndirilir, əməliyyat planlaşdırılır.
Lokal və ya tələb olunarsa sedasiya tətbiq olunur.
Prosedur steril şəraitdə, təhlükəsiz aparılır.
Təqib müayinəsi ilə sağalma prosesi izlənilir.
Keyləşdirmə altında aparılır, əməliyyat zamanı ağrı hiss olunmur.
Adi hallarda 3-7 gün, mürəkkəb müdaxilələrdə 2-3 həftə.
Əksər hallarda 1-2 gün istirahət kifayətdir.